Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Uşaq Gənclər Şahmat Məktəbində görüş keçirilib

20 fevral 2017 | 16:00

Samux rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin keçmiş şahmatçısı İsmət Xəlilovla məktəbli şahmatçılar ilə görüş keçirilib.
Hazırda Naxçıvan Dövlət Universitetinin Baytarlıq fakültəsinin I kurs tələbəsi olan İsmət UGŞM-da şahmatla məşğul olduğu illərdə bir çox uğurlara uğur ataraq yadda qalıb. Belə ki, dəfələrlə Respublika birinciliklərində I-II yerlərə layiq görülərək Avropa çempionatına vəsiqə qazanıb, Serbiyanın Novi-Sad şəhərində, Türkiyənin Konya şəhərində və İran İslam Respublikasında keçirilmiş beynəlxalq turnirlərdə iştirak edərək uğurlu nəticələr əldə edib.
Görüş əsnasında İsmət hazırda UGŞM-nin gənc şahmatçıları ilə seans keçirib və nəticələri onlarla birlikdə müzakirə edib. Qeyd edək ki, belə görüşlər mütəmadi olaraq həyata keçirilir.

Keçidlər