YAP Samux rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir.
17 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.Yığıncaqda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının məsul işçiləri, Paylayıcı Elektrik Şəbəkəsi ərazi ilk partiya təşkilatının sədri Ehtiram Əliyev və ərazi ilk partiya təşkilatının nəzdnində fəaliyyət göstərən partiya üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon PEŞ ərazi ilk partiya təşkilatının sədri Ehtiram Əliyev hesabat məruzəsi ilə çıxış edərək ilk partiya təşkilatının fəaliyyəti haqqında məlumat verdi və bildirdi ki, sədrlik etdiyi ilk partiya təşkilatı özündə 40 nəfər partiya üzvünü birləşdirir. İlk təşkilatın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və verilən tapşırıqları layiqincə yerinə yetirirlər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının fəaliyyətindən danışdı və partiya sıralarına qəbulla bağlı partiya nizamnaməsinə uyğun müəyyən tövsiyyələr verdi. G.Bayramov digər tərəfdən, Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının sənədləşmə, təşkilatın idarə olunması ilə bağlı müəyyən tapşırıqlar verdi və bildirdi ki, ərazi ilk partiya təşkilatları ilə daima sıx əlaqəli işlər aparılır, müxtəlif tədbirlər keçirilir və partiyaya üzvlərin qəbulunda keyfiyyət prinsipi əsas götürülür.
Yığıncaqda YAP Samux rayon təşkilatının fəal üzvlərindən Razim Qasımov, Namiq Əhmədov, Yadigar Bağırov, Emin Qasımov və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışdılar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab edərək, xüsusilə gənclərin fəaliyyətini yüksək qiymətləndirdilər.
Sonra yığıncaqda təşkilati məsələlərə baxıldı. Təşkilatın yeni idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavini, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VII konfransına nümayəndələr seçildi.