Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

08 fevral 2017 | 16:00

Fevral ayının 8-də Samux Rayon Təhsil Şöbəsinin iclas zalında növbəti təhsilyanı şura iclası və Samux RTŞ-i aparatının Yeni Azərbaycan Partiyasın komitəsinin hesabatı keçirilib. İclasın əvvəlində Samux RTŞ-nin müdiri Gülağa Hüseynov və YAP-nın Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-nın yaranması, keçdiyi inkişaf dövrü, həmçinin komitənin həyata keçirdiyi işlər barəsində məlumat veriblər.
İclasın ikinci hissəsində təhsilyanı şura iclasının gündəliyində duran məsələlərlə bağlı çıxışlar edilib. İlk olaraq Samux RTŞ-nin müdir müavini Faiq Həsənov müəllimlərin Diaqnostik Qiymətləndirilməsi imtahanında iştirak etmiş Samux rayon ümumi təhsil məktəblərində çalışan müəllimlərin məktəblər üzrə topladıqları bal və faiz nisbətləri haqqında məlumat çatdırılıb, 2017-2018-ci tədris ilində tam orta təhsilin təmayüllərlə təşkil olunacağı nəzərdə tutulmuş məktəblərin direktorlarına təkrar məlumatlar verilib və favral ayının 10-a qədər təmayül siniflərdə orta təhsillərini davam etdirəməyi düşünən şagird və valideyinlərlə söhbət aparılmasını və valideyinlərin istəkləri ilə bağlı yazılı ərizələrinin alınması tapşırılıb.
Növbəti çıxış edən Samux RTŞ-nin metodkabinetin müdiri Zirəddin Quliyev məktəblərdə tədrisin hazırki metodiki vəziyyəti ilə bağlı təklif və iradlarını bildirib, həmçinin Respublika fənn olimpiadasında əldə edilmiş nəticələrlə bağlı fikirlərini söyləyib.
Daha sonra cıxış edən Samux RTŞ-nin aparıcı məsləhətçiləri Tacəddin Əhmədov və Vüsal Cəfərov məktəblərdə aparılmış manitorinqlər və IX-XI sinif şagirdləri arasında apardıqları sinaq test imtahanlarının nəticələri ilə bağlı çıxışlar ediblər.
Sonda metodist Zaur Həsənov tərəfindən Samux rayon Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) bazası üçün pedaqoji heyyətin stajı və digər məlumatların müəyyən edilmiş vaxta qədər hazırlanıb təqdim edilməsi tapşırılıb və müzakirə edilən məsələlərlə bağlı Samux RTŞ-nin müdiri Gülağa Hüseynov öz fikirlərini söyləyib, tapşırıqlarını verib və qərar layihəsi oxunub.

 

Keçidlər