Samux rayonunda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı konfrans keçirilmişdir.
Samux rayon İcra Hakimiyyətinin iclas zalında 23.04.2013-cü il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq Azərbaycanın görkəmli alimi və təbibi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSR-i məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Umummilli lider Heydər Əliyevin ömür gün yoldaşı Zərifə xanım həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Tədbirdə çıxış edənlər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İ.Həsənov, həkimlər R.Hüseynova, K.Ələkbərov, D.Zöhrabov Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş alimin əmək fəaliyyətindən geniş söhbət açdılar.