Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə Samux rayonunda tədbir keçirildi
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti Xidmətin Samux rayon bölməs YAP Samux rayon təşkilatının inzibati binasında tədbir keçirilib. Tədbirdə Samux rayon İcra başçısı Poliş şöbəsinin rəisi, Samux rayon Prokuroru və digər rəsmi şəxslər iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət ediblər.Tədbiri giriş sözü ilə açan Samux rayon İcra başçısı Alı Qocayev SHXÇDX-nın Samux rayon bölməsinin failiyyətindən danışıb daha sonra SHXÇDX-nin Samux rayon bölməsini rəisi mayor Nazim Çələbiyev Xidmətin yaranması tarixindən danışıb. Şöbə rəisi qeyd edib ki, 2012-ci il 13 fevral tarixində Prezident İlham Əliyevin 593 saylı Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb: “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”.