Samux rayon ümumi təhsil məktəbləri internetə çıxışla təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, təhsil müəssisələrinin informasiya – kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması, müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi, təhsil müəssisələrinin idarə etmə və nəzarət sisteminin yaradılması ilə bağlı məqsədyönlü işlər həyata keçirilib.
Bu programa uyğun olaraq 2016-cı ilə qədər Samux rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 35 ümumi təhsil məktəbdən 30-na internet xətti cəkilərək şəbəkəyə qoşulub. 2016-cı ilin sentyabr ayından etibarən isə rayonun ucqar kənd məktəbləri olan Poylu kənd tam orta məktəb, Purunqovaq kənd ümum orta məktəbi, Salahlı kənd ümum orta məktəbi, Kəsəmən kənd ümum orta məktəbi və Yenikənd kənd tam orta məktəbində Təhsil Nazirliyi tərəfindən internet xəttləri çəkilib və şəbəkəyə qoşulub.
Həmçinin qeyd edək ki, internet şəbəkəsinə qoşulmuş məktəblərdən 2-si müvəqqəti 3G datakart vasitəsi ilə internetə qoşulur hansı ki, 2016-2017-ci tədris ilinin ikinci yarımilliyindən sonra həmin məktəblərdə də kabel vasitəsi ilə internete qoşulma təmin ediləcəkdir.