Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

10 fevral 2017 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 6 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 1 nəfəri  yanğından sonra tövləsinin yenidən bərpa olunmasına köməklik olunması ilə əlaqədar, 1 nəfər işlə təmin olunması ilə əlaqəli, 1 nəfər arxivdən arayış alınmasına kömək olunması ilə əlaqəli və 3 nəfər isə torpaq ilə əlaqəli  müraciətlər etmişdirlər.
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər