Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yenikənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifələrini icra edən Babayev Bağır kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseynov Məmməd Yusif oğlu kənddə su arxlarının işlənilməsi üçün texnikanın verilməsini xahiş etdi.
2. Qasımova Dürdanə Məhərrəm qızı məktəbdə istilik sisteminin çəkilməsini xahiş etdi.
3. Musayev Biləndər Cahangir oğlu isə kəndə elektrik montyorunu təyin edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.