Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Şəhid ailəsinin evinə ziyarət təşkil olundu .

07 fevral 2017 | 16:00

07 fevral 2017-ci il tarixdə Şəhid Həsənov Xasay Sabutay oğlunun ildönümü münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi və Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Samux rayon bölməsinin iştiraki ilə Şəhid ailəsinin evinə ziyarət təşkil olundu . Şəhid Həsənov Xasay Sabutay oğlu 1972-ci il may ayının 16-da Samux rayonunun Qovlarsarı kəndində anadan olub. Öz doğma kəndində təhsil alan, böyüyüb boya-başa çatan Şəhid 1990-cı ildə keçmiş Sovet ordusunun tərkibində Moskva şəhərində hərbi xidməttə olmuş , 1992-ci ildə təxris olunaraq vətənə qayitmışdır. Vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazılmışdır. Şəhidimiz Ağdərə istiqamətində vuruşaraq ermənilərin hücumunu böyük fədakarlıq və qəhrəmanlıqla dəf edənlər sırasında olmuşdur.1997-ci ildə Xasay Həsənova şəhidlik statusu verilmişdir. Rayon İcra Hakimiyyəti İctimai Siyasi və Humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Azər Əhmədov, SHXÇDX-nin Samux rayon bölməsinin nümayəndələri Rüstəm Xudiyev və Elçin Hacıyev , QMƏVŞAİB-in Samux rayon bölməsinin sədri Mirzəmməd Orucov və Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Qurban Həsənov çıxışlarında Şəhidin ata-anası və yaxınları ilə Şəhid barəsində, onun göstərdiyi qəhrəmanlıq və fədəkarlıqdan, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən geniş söhbət açdılar . Qeyd edildi ki, Azərbaycan Xalqının öz Şəhidlərini hər zaman böyük hörmətlə yad edir , onların döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıq gənclərimiz və ümumilikdə hər kəs üçün igidlik, vətənpərvərlik örnəyidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər