Samuxda baytarlar profilaktik tədbirlərə başlayıblar
Həyətyanı sahələrdə və iri təsərrüfatlarda saxlanılan heyvanlar peyvəndlənməyə cəlb edilir. Profilaktik məqsəd daşıyan tədbirlər Samuxda da aparılır. Baytar həkimlər ineksiya yolu ilə heyvanlarda müxtəlif xəstəliklərə qarşı immunitet yaradır.
İribuynuzlu və təkdırnaqlı heyvanlar qarayara əlehinə, sahibli itlər isə quduzluğa qarşı peyvənd edilir. Baytar həkimlər bruselyoza və vərəmə qarşı da müayinələr aparır. Heyvanlardan götürülən qan nümunələri diaqnostik yoxlamadan keçirilərək vəziyyət öyrənilir. Həyata keçirilən profilaktik tədbirlər Samux rayonunda bəslənən 168 min xırda, 23 min baş iribuynuzulu heyvanın yoluxucu xəstəliklərdən qorunmasına zəmin yaradır.
Mürvət Bağırov- Samux Rayon Baytarlıq İdarəsinin rəisi: “Tədbirlər öz müsbət nəticəsini verir. Rayon ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Epizootik durum sabitdir. Tədbirlərimiz soyuq zəncir sisteminə əməl olunaraq aparılır”.