Samux rayonunda "02 fevral Azərbaycanda Gənclər Günü" münasibəti ilə tədbir keçirildi.
01 fevral 2017-ci il tarixdə "02 fevral Azərbaycanda Gənclər Günü" münasibətilə Yeni Azərbaycan Partiyası Samux Rayon Təşkilatının akt zalında Samux Rayon İcra hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə konfrans təşkil olundu. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başlayan tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm Şöbəsi Samux rayon bölməsi, SHXÇDX-nin Samux rayon bölməsi, YAP Samux Rayon Təşkilatı və başqa idarə, təşkilatlar, xeyli sayda gənc iştirak edirdi. Tədbirdə İştirak edən Rayon İcra Hakimiyyətinin baçşısı cənab Alı Qocayev bütün gəncləri bu gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, gənclərə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı günü-gündən artmaqdadır. Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq 2005-2009 və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan Gəncliyi" Dövlət Proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırılıb. Son onilliyin əsas çağırışları olan – informasiya və kommunikasiya texnologiyaların sürətlə inkişafı və qloballaşma prosesləri gənclərlə bağlı vəziyyətə ciddi təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürü olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı hazırlanıb. Gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və özünəməşğulluq imkanlarının artırılması, gənclər arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi,regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyanın təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə şəraitin yaradılması, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması,gənclərin asudə vaxtının səmərəli təşkili dövlətimizin gənclər siyasətinin ana xəttidi və hər zaman diqqət mərkəzindədir. 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı musiqili foto slaydın nümayişindən sonra Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev ötən il ərzində gənclər siyasəti ilə bağlı həyata keçirilən işlər haqqında geniş hesabat verdi , 2017-ci ildə də idman və gənclər siyasətinin uğurla və daha mükəmməl bir şəkildə həyata keçiriləcəyini qonaqların nəzərinə çatdırdı və gənclər siyasəti sahəsində görülən bütün işlərin gənclərimizin milli və dövlətçilik adət-ənənələrinə sadiq vətəndaş , intellektual, savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçündür. Konfransda Rayon və ölkənin ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən gənclər Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tərəfindən Fəxri Fərmanla təltif olunduqdan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə partiya vəsiqələri təqdim olundu.Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin təşkil etdiyi konsert proqramı ilə sona çatdı. Gənclərimizi bu gün münaibəti ilə bir daha təbrik edirik.