Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatı 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatı 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.Yığıncaqda YAP Samux rayon Təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova və Aparat rəhbəri Sevinc Xəlilova iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nəzakət Hüseynova hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məlumat verdi. Çıxışının sonunda ərazi ilk partiya təşkilatının sədri təqaüdə çıxması ilə əlqədar olaraq yeni sədrin seçilməsi məsələsini irəli sürdü.
Yığıncaqda iştirak edən Sevinc Xəlilova çıxış edərək qeyd etdi ki,rayon təşkilatının fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və keçirilməsi, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinin-Referendumun keçirilməsi və uğurla başa çatdırılması, partiyanın proqram prinsiplərinin izahı və təbliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması və digər cari işlərin yerinə yetirilməsi olmuşdur.Rayonumuzda hər bir ərazi ilk partiya təşkilatının üzvü bu işlərin öhdəsindən layiqincə gəlməyə çalışır.
Sonra YAP Samux rayon Təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvlərinin fəal rol oynadığını deyən K.Xəlilova qeyd etdi ki, YAP üzvləri bütövlükdə ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Hesabat məruzəsi ilə əlaqədar məktəbin YAP üzvləri Nazilə Əhmədova, Aytən Cəfərova və Rövşən Xəlilov çıxış etdilər. Çıxışlarda 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirildi.Yığıncaq iştirakçıları yekdilliklə 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş dəyərləndirdilər.
Daha sonra təşkilati məsələlərə baxıldı. 2 saylı tam orta məktəbin direktoru Əminə Cəfərova 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, məktəbin müəlliməsi Nazilə Əhmədova isə sədr müavini seçildi. Eyni zamanda ilk təşkilatın 5 nəfərdən ibarət İdarə Heyəti, YAP Samux rayon təşkilatının VII konfransına 3 nəfər nümayəndə seçildi.