Şriftin ölçüsü :

Saytın rəngi :

“Sabahın əsgəri” yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

30 yanvar 2017 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında keçirdiyi  “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında  tədbir təşkil olunmuşdur. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, müsabiqənin qalibləri və qonaqlar iştirak etmişlər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri  Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat vermişdir. General-mayor Z.Abdullayev 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd etmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik-leytenant Yusif Mirzəyev müsabiqənin qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat vermişdir.
Tədbirin sonunda “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir. Mükafatlandırılanlar arasında Samux şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Qurbanov Tapdıq Vasif oğlu da vardır.

Keçidlər