Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İHB-nın Sərkar kənd İƏD-si üzrə nümayəndəliyinin 2016 –cı ildə gördüyü işlər və 2017 –ci ildə qarşıda duran vəzifələr haqqında hesabatı keçirildi.

26 yanvar 2017 | 16:00

   Artıq  2016- cı il arxada qaldı.    Bu ildə  Respublikamızda  bir çox yadda qalan  tarixi hadisələr oldu.Təkcə  Ordumuzun aprel  döyüşləri , qısa  müddət  ərzində “Lələ təpə”ni ələ keçirmələri  buna  canlı misaldır.
Bildiyimiz  kimi dünyanın  əksər  ölkələrində iqtisadi  böhran olmasına  baxmayaraq, ölkəmiz  uğurla  inkişaf  etməsini dayandırmamışdır. Respublikamızın  prezidenti Cənab, İlham Əliyev Azərbaycan   xalqının      təhlükəsizliyini  təmin etmiş , ölkəmizdə heç  bir  teror  hadisələri olmamışdır.     
           2016- cı ildə əvvəlki illər kimi respublikamızda və  rayonumuzda  qazanılan  nailiyyətləri unutmaq olmaz. Ölkə rəhbəri 2003-cü  ildən başlayaraq bu günə kimi  ulu  öndər Heydər  Əliyev kursunu  davam etdirərək respublikamızın  sosial – iqtisadi  həyatında mühüm rol oynayan sənədlər,o, cümlədən  şəhər, rayon, qəsəbə və kəndlərin  inkişafını   özündə əks  etdirən “Azərbaycan Respublkasının  2014- 2018 –ci illər, sosial – iqtisadi  inkişafının sürətləndirilməsi  haqqında”  Dövlət  proqramını  imzalamaqla vacib   tarixi  sənəd qəbul  etmişdir.   
                 Bu     proqramın      həyata     keçirilməsi        yerli      icra     hakimiyyəti orqanlarında  səmərəli  və geniş  iş  metodlarından  istifadə etməyi  tələb  edir.    Dövlət   başçısının , verdiyi     bu     fərmanından      sonra       respublikamızın     hər  yerində  bu qərardan irəli gələn  vəzifələrin  yerinə   yetirilməsi ,  əhalinin    rifah  halının   yaxşılaşması ,     cəmiyyətin     mənəvi   saflaşmasının    təmin     olunması,       bütövlükdə     ölkəmizin  iqtisadi   qüdrətinin  artması, artan  əmək  haqqları,   pensiyalar ,    sosial məsələlərin  həlli,  məktəblərin , tibb  
ocaqlarının,  idman     bazalarının  yaradılması ,  şəhər, rayon , kənd    və    qəsəbələrin  abadlaşdırılması  özünü tam göstərir.
        Yuxarıda  qeyd   etdiklərimi  rayonumuzda , eləcədə   onun     iri    kəndlərindən    biri     olan  Sərkar kəndinin    simasında  da   aydın    görmək olar.
        Hesabat   ilində  Sərkar kənd  İnzibati Ərazi  Dairəsi  üzrə  nümayəndəsi, kənd bələdiyyəsi ilə birgə    kəndimizdə,  tikinti ,    abadlıq   və  təmizlik   işləri  görmüşdür.
       Sərkar kəndi, ərazisinin      böyüklüyünə  və    əhalisinin   sayına       görə   rayonumuzun  ən    iri  kəndlərindən  biridir.    Kənd  rayon   mərkəzindən   5  km.   aralıda yerləşir.
       Ərazisi  1924 ha , əhalisi  5361   nəfərdir.       Kənddə   1090     təsərrüfat  mövcuddur    ki, bununda   962  - də    şəxsi   yaşayış      evi     vardır. Nümayəndəliyin     qeydiyyatında  olan   235  nəfər     kənd     sakinləri,     respublikamızda   və      ondan         kənarda  yaşayırlar.    Eyni   zamanda    187  nəfərə        qədər    vətəndaş     respublikamızın      müxtəlif    yerlərində  qeydiyyatda  olsalarda , kəndin ərazisində yaşayırlar .Kənddə   41 məcburi  köçkün ailəsi yaşayır .
           Kəndimizdə   98   nəfər     müəllimi    və  701  nəfər  şagirdin    təhsil  aldığı , 28  nəfər      texniki  işçinin  çalışdığı   bir  tam orta  məktəb, 300  nəfərlik   mədəniyyət  evi , 1     kitabxana ,  2    qrupdan   ibarət   uşaq     bağçası,    1     tibb  məntəqəsi ,    1 uşaq    musiqi     məktəbi ,   1   poçt     filalı ,    1 elektron  ATS,    2 mineral   su    istehsal  edən   sex,  quşçuluq  fabrikası,  300   tonluq  soyuducu  anbar , 60      nəfəri    özündə   birləşdirən   26   ticarət  obyektləri  və 1 dəri sexi (müvəqqəti fəaliyyətini dayandırıb)  fəaliyyət    göstərir.     300  - dən artıq  kənd  əhalisi, kəndin  ərazisindən  kənarda    müxtəlif  təsərrüfatlarda  çalışırlar.Kənddə   759 nəfər  pensiya     alır    ki, onlardan da  20 nəfər - 1 qrup , 243  nəfər - 2 qrup    əlilliyə  görə, 8 nəfər- III qrup , qalanları isə  sosial  yardım və  qocalığa  görə  pensiya  alanlardır. Kəndimizdən     6 nəfər - Qarabağ  torpağı    uğrunda,    1   nəfər -  Əfqanıstan    döyüşlərində  şəhid  olmuşdur. 4  nəfər-    Qarabağ  əlili  vardır.
                Kəndin  mərkəzində   yerləşən    mədəniyyət   evinin    həyətində    kənd  bələdiyyəsi   tərəfindən   salınan   mini  park  kənd      əhalisinə    xidmət    edir.
              Möhtərəm     Prezidentimiz     İ.Əliyevin    qeyd   etdiyi    kimi    “ Bu gün     cəmiyyətimiz  üçün    ən  əsas   sahə  təhsilin  yerlərdə       səviyyəsini      yüksəltmək,       ilk  növbədə    təhsil ocaqlarının  maddi – texniki     bazasını      möhkəmləndirməklə   yanaşı,   yeni   məktəblərin    tikilməsi , əsaslı  təmir    edilməsi ,    müasir      avdanlıqlarla      təmin      olunmasına    daim     qayğı göstərməkdir ”.     Hesabat  ilində       məktəbimizin    44    nəfər     məzunundan  16  nəfəri test üsulu ilə   ayrı – ayrı  unverisitetlərə qəbul    olmuşdur,    eyni     zamanda    6    nəfər   digər peşə orta - ixtisas məktəblərə  daxil    olmuşdur.   
      Artıq məktəbimizdə 2 nəfər,Almaz Əsgərova və Məfkurə İsrafilova   əməkdar    müəllim,  1 nəfər  Afət  Rzayeva kimi  qabaqcıl   təhsil  işçisi  çalışır.Bildiyimiz    kimi , indi   müəllimlərin  vəzifəsi , qabaqkı       illərə       nisbətən   xeyli      çətinləşmişdir.  Ona görə ki,dərs üsulları  yeni proqramla tədris olunmuşdur. Məktəbimizdə tez-tez tədbirlər keçirilir.Buna  misal olaraq  icra  nümayəndəsinin təşəbbüsü ilə  kənd  orta və musiqi məktəblərinin kollektivi , bələdiyyə  sədrinin və rayon  ictiaiyyətinin iştirakı ilə  birgə keçirilən ,2015-2016-cı tədris ilində  orta məktəbin və musiqi məktəbinin  ali məktəblərə daxil olmuş  şagirdlərinə həsr edilmiş tədbiri göstərmək  olar ki , həmin tədbirdə  şagirdlərə   hədiyyələr  də təqdim  edilmişdir.Eyni  zamanda məktəbin kollektivi  , icra  nümayəndəsi və bələdiyyə  sədrinin iştirakı ilə birgə , məktəbin veteran müəlliməsi  Salahova  Hökümənin 80 illik yubleyi  qeyd  edildi . 
      2001-  ci ildən   fəaliyyət   göstərən  Sərkar  kənd     musiqi məktəbində   53 nəfər müəllim   heyəti çalışır  və     299     nəfər  şagird     musiqi    təhsili   alır.       Hesabat          ilində     musiqi  məktəbinin   uğurları da az olmamışdır.Belə ki, məktəbin şagirdləri   Bakı  şəhərində          keçirilən müsabiqələrdə     fəxri  diplom və fəxri  fərmanlarla  qiymətləndirilmişdir.Kollektiv Samux  rayonunda da keçirilən  bütün   tədbirlərdə   fəal iştirak      etmişdir. Məktəbin 1 nəfər şagirdi Milli Konservatoriyaya,  1 nəfər şagirdi Asəf Zeynallı adına  Bakı  musiqi  kollecinə, 6    nəfər şagidi isə   yüksək   nəticələr    göstərərək  Qənbər Hüseynli adına  Gəncə  musiqi Kollecinə  qəbul olmuşdur.
            Yekunda  mən   deməliyəm     ki , həm  orta  məktəbimiz, həm də   müsiqi məktəbi  ötən il    qənaətbəxş   göstəricilər əldə  etmişdir.
          Kənddə    fəaliyyət     göstərən      mədəniyyət      evində      tez- tez  tədbirlər  keçirilir.Bununla yanaşı kollektiv ,N hərbi hissələrə sovqat  apararaq konsert proqramları ilə çıxış etmişlər.Rayonda keçirilən tədbirlərdə  yaxından  iştirak edirlər.
     Kənddə  yerləşən  həkim  məntəqəsi  kənd  əhalisinə  xidmət  edir. 2 qruplu  uşaq bağçasında  35 nəfər  uşaq    təlim - tərbiyə  alır. 1  elektron  ATS  895 nəfər  abonentə   yüksək  dərəcədə  xidmət  edir.
                  Bildiyimiz    kimi,         kəndin     əhalisinin    əsas  məşğuliyyəti   heyvandarlıq  və  əkinçilikdir.       Kəndi      əhatə   edən  1924      ha     torpaq       sahəsinin  1423        ha      xüsusi  mülkiyyətdə  ,  501 ha  bələdiyyə  torpağıdır.
         Ötən  il  respublikamızda   kənd təsərrüfat ili  elan olunmuşdur. 
Kənd sakinləri  hesabat ilində  651 ha  taxıl     sahəsindən   16275  ton  taxıl , 12 ha  qarğıdalı  sahəsindən  41 ton  qarğıdalı , 11  ha  kartof     sahəsindən  110   ton       kartof , 48     ha      günəbaxan  sahəsindən  96 ton günəbaxan, 30 ha   tərəvəz     sahəsindən  270 ton  tərəvəz , 31 ha meyvə    bağından    279  ton  meyvə ,66   ha üzüm      sahəsindən     530  ton     və      3900  ton      quru    ot  toplanmışdır. Bu gün əkinçilərimizin ən bəlalı  yeri  sahələrdə gəmiricilərlə mübarizə aparmaqdır. Rayon Kənd Təsərrüfatı  İdarəsinin köməkliyi ilə hesabat ilində  2 dəfə pulsuz  olaraq  əkinçilərə, ziyanvericilərə qarşı dərman verilmişdir.Kənddə  əhali    heyvandarlıq  sahəsinə   də  ciddi     diqqət  yetirir.   Belə ki, 2016 – cı  ildə   əhalidə  907    baş     iri buynuzlu ,    10144      baş           xırdabuynuzlu   mal –qara     qeydə   alınmışdır.    Hesabat ilində     Nümayəndəlik   və     kənd     bələdiyyəsi     tərəfindən   ərazidə  yaşayan  Böyük   vətən      müharibəsi  və  Qarabağ    əlillərinə ,     şəhid  ailələrinə  , tək  və  imkansız  yaşayan  ailələrə  daimi  diqqət  və    qayğı  göstərilmiş , onlara  icra nümayəndəliyi tərəfindən 49 nəfərə,kənd bələdiyyəsi  tərəfindən 100 nəfərə    qurban  payı  və   bayram   sovqatı    göndərilmişdir. İmkansız     ailələrin   üzvülərinə      dəfn    günü  ,  yas     mərasimlərinə   maddi və  mənəvi  köməklik  göstərilmişdir.
        Hesabat     ilində , kənd  əhalisinin    ən   yaralı  sahəsi  olan əkin sahələrinin     yay  aylarında  suvarılmasında  yaranan  çətinliklərdir. Rayon İH başçısı cənab, Alı Qocayevin  köməkliyi  ilə ötən  il  Şəmkir Su kanalının  hesabına əkinçilərimiz bir o,qədər çətinliklər çəkməmişdir.  Əkinçilərimiz  2017-ci il üçün Dövlət proqramında nəzərdə tutulan  220 ha –dan artıq şəkər çuğundurunun  əkilməsi planlaşdıılmışdır. Onu da qeyd edim ki,ərazidə yeni bir ədəd subartezian quyusu  vurulub , lakin istismara verilməyib .Eyni zamanda 52 subartezian quyuları həmin əkin sahələrinin suvarılmasnı  təmin edə bilməyəcəkdir. Biz  ümidvarıq   ki, Rayon İcra Hakiiyəti  başçısının  köməkliyi  nəticəsində  Şəmkir  Su  kanalı bizə bu il də kömək  olacaqdır.
      Bundan  əlavə,  hesabat  ilində Azərbaycan  Respublikası  Prezidenti  cənab     İ.Əliyevin  23  yanvar 2007 – ci il  1907     saylı     sərancamına  əsasən Nazirlər   Kabinetinin    15.02.2007 – ci il      tarixli  32  saylı   qərarı       ilə     istehsalçıların      əkin        sahələrinin    və      çoxillik       əkmələrin  becərilməsində    istifadə      etdiyi ,  yanacaq     və  motor  yağlarına       görə  600  nəfər   istehsalçıya   64872    manat     güzəşt     olmuşdur.   
          Azərbaycan  Respublikası  Prezidenti  cənab  İ.   Əliyevin     “Sosial – iqtisadi     inkişafın     sürətləndirilməsi “      haqqında  fərmanın  7-ci       bəndinə        əsasən    dövlət      rəhbərliyinin    gündəlik    nəzarətində      olan    əhalinin      yerlərdə   ərizə  və  şikayətlərinə     baxılması    və   onların     problemlərinin   həlli     sayəsində ,    rayon    icra  hakimiyyətinin     başçısı    cənab   Alı  Qocayev   il  ərzində 2  dəfə      Sərkar     kəndində     əhali    ilə     görüş  keçirmişdir.  Məlumat  üçün  deməliyəm  ki, cənab  Alı    Qocayev    əhali     ilə   görüşlərdə    onların    təklif      və   şikayətlərinə  diqqətlə   yanaşmış    və yerində  həllinə  tapşırıqlar vermişdir.
         Hesabat  ili    ərzində     25 nəfər      yuxarı       təşkilatlara,      9  nəfər        rayon      İcra      Hakimiyyətinə   yazılı     ərizələrlə  müraciət  edilmişdir.  Eyni  zamanda   il  ərzində  15 nəfər   rayon  İHB –nın   qəbulunda    olmuşdur.    Nümayəndəliyə    18   yazılı    ərizə  daxil     olmuşdur.    Demək  olar      ki,      hesabat    ilində   216 şifahi    müraciət, 119  məktub  daxil  olmuş ,  14  əmr  verilmişdir.
        Il  ərzində  76 nəfər  doğum , 29 nəfər ölüm  qeydə  alınmışdır.   Hal – hazırda  26  nəfər  gənc,  ordu   sıralarındadır.
       Nümayəndəlik  kənd     bələdiyyəsi    ilə   birgə ,rayonda ağacəkmə kampaniyasında fəal iştirak  etmişdir.
     Hazırda  kənddə 1206 qaz,  1270  işıq  abonentləri   vardır.
     Hesabat  ilində   icra  nümayəndəliyinə    və     tabeliyindəki     işçilərə  dövlət  büdcəsindən , smeta  əsasında    39114    manat  əmək haqqı ,  2158  manat  kommunal  xərc  üçün  vəsait  xərclənmişdir.
       Hesabat  ilində  ,  rayonda    keçirilən  Novruz  bayramında  icra  nümayəndəliyi    rayon  tələbi  səviyyəsində  yüksək  şəkildə   çıxış  etmişdir.”28 may  Respublika günü “ münasibətilə  27 may tarixində ,  Rayon icra  başçısı cənab Alı Qocayevin  və nümayəndəliyin tabeliyində  olan təşkilatların iştirakı ilə Sərkar kənd icra nümayəndəsinin həyətində dekarativ ağaclar, gül və  çiçəklər əkilmişdir.
          Nümayəndəlik  hesabat     ilində      öz      işini    kənd  bələdiyyəsi  və  ictimayyətlə  birgə  quraraq   bir    sıra  işlər  görmüşdür.
      Belə  ki,  rayon  rəhbərliyinin  köməkliyi  ilə  işıq  idarəsi  və     kənd    bələdiyyəsi   ilə  birgə  3  ədəd     yanmış     transfarmator , 3 ədəd işıq   dirəkləri qısa     müddətdə  təmir olunmuşdur. Kənddə     küçə  işıqlarının   kabelləşməsi   başlamışdır, lakin hələ də tam başa çatdırılmamış yarimçıq qalmışdır. 48 ədəd  subartezian   quyuları  təmir olunmuşdur.
İl ərzində  Rayon Telekommunikasiya Qovşağının  rəhbərliyi  və icra  nümayəndəsi ilə birgə  bir neçə  vətəndaşın   telefon xətti  naqillərinin   dəyişdirməsinə  köməklik olunmuş və 3  nəfərə telefon xətti çəkilmişdir.  
    Hesabat ilində  nümayəndəlik  və bələdiyyə  sədri , kənd    əhalisi  ilə  tez-tez  geniş  görüşlər  keçirmiş və onların  tələbləri dinlənilmişdir.
    Artıq  kəndin  90% - də  həftədə  bir  dəfə  küçələrdə  təmizlik     günü    keçirilir.   Nümayəndəliyin  və     kənd      bələdiyyəsinin  köməkliyi     ilə   hər həftənin  1-ci günü    bir  texnika,  2 nəfər  fəhlə   ayrılaraq  küçələrin və   su  arxlarının  zibilləri  toplanıb yığılır.
        Nümayəndəlikdə       hər  gün     vətəndaş    qəbul    edilib,  onların   kommunal  tələbləri  dinlənilib, icra  edilmişdir və bu gündə  edilir.
     Hesabat ilində  rayon  rəhbərliyinin  köməkliyi  ilə ,  2-ci Azərbaycan Kənd  İnvestisiya Lahiyəsi həyata keçirilib ,kənd icra  nümayəndəsi ,bələdiyyə   sədri və  kənd icmaları  ilə  birgə kəndin 25 km kənd arası yollarını yüksək  səviyyədə   təmir etdirilmişdir.        
       Hörmətli  başçı ,Sizin köməkliyiniz nəticəsində  kəndimizə yeni  Sərvan marşurutunun açılması, kənd camaatının böyük  sevincinə  səbəb olmuşdur.
       Hesabat  dövrü    ərzində   26 sentyabr  2016- cı il  tarixində  keçirilmiş  Referendumda  kənd  əhalisi  fəal  iştirak  etmişdir. Yeni  il  qabağı və Novruz bayramında    rayonda    İHB-nın      təşəbbüsü    ilə    keçirilən yarmarkada  kəndimiz yüksık səviyyədə  fəallıq    göstərmişdir.
       Mən    nümayəndəlik    adından  qeyd    etmək  istərdim   ki,    işlərimizdə    hələ  də   nöqsanlar    vardır. Belə  ki ,   son      illərdə      yaranan     böhranla  əlaqədar əhali  daha  yaxşı  işləmək  üçün        öz    fərdi     torpağından     səmərəli     istifadə      etmək     üçün     maariflənmə  işini   yaxşı       apara     bilmirik .  Mən     əminəm ki,     köhnə     ildə    buraxdığımız     nöqsanları   2017 - ci   ildə  təkrar   etməyəcəyik,  yeni      iş  üsulları      ilə   işimizi      kənd  bələdiyyəsi    ilə  birgə   qurub ,     əhaliyə        günün     tələbləri   səviyyəsində  xidmət  edəcəyik.
    Qarşımızda hələ  bir çox işlər durur .Belə ki,3 - cü kənd  icma  investissiya lahiyısi ilə birgə kəndin qalan yollarının təmiri, küçələrdə yeni su  xəttlərinin çəkilməsi ,tibb məntəqəsi və uşaq  bağçasının   təmiri,uşaq bağçasında  istilik  sisteminin yaradılması   və İH –nin  köməkliyi ilə müasir məktəbin  tikilməsi kimi  mühüm işlər durur.

Keçidlər