Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux Rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir

24 yanvar 2017 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VII Konfransına hazırlıqla əlaqədar 22 dekabr 2016-cı il tarixində keçirilmiş rayon təşkilatı Şurasının iclasının qərarına əsasən ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirlir. Bununla əlaqədar olaraq 24 yanvar 2017-ci il tarixdə 30saylı Yol-İstismar İdarəsi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir.Yığıncaqda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, 30saylı Yol-İstismar ilk partiya təşkilatının sədri Elnarə Hacıyeva,YAP Samux rayon təşkilatının məsul işçiləri və 30saylı Yol-İstismar İdarəsi ilk partiya təşkilatının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon Təşkilatının Şura üzvü, 30 saylı Yol-İstismar İdarəsinin rəisi Zakir Quliyev açaraq, Azərbaycan xalqının ictimai-siyasi tarixində müstəsna yeri, əhəmiyyətli fəaliyyəti və əvəzedilməz xidmətləri olan YAP-ın yaranma tarixindən, eyni zamanda partiyanın keçdiyi tarixi inkişaf yolundan danışmışdır. Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini və onun əbədiyaşar ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirildiyini bildirmişdir.
Sonra 30 saylı Yol-İstismar İdarəsi ərazi ilk partiya Təşkilatının sədri Elnarə Hacıyeva hesabat məruzəsi ilə çıxış edərək ilk partiya təşkilatının fəaliyyəti haqqında məlumat vermişdir və bildirmişdir ki, sədrlik etdiyi ilk partiya təşkilatı özündə 34 nəfər partiya üzvünü birləşdirir. Hesbat dövrü ərzində təşkilatda 3 nəfər gənc partiya sıralarına üzv qəbul edilib. İlk təşkilatın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş və verilən tapşırıqları layiqincə yerinə yetirmişlər.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib. Qeyd etmişdir ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.
Yığıncaqda YAP Samux rayon təşkilatının fəal üzvlərindən Elşad Hüseynov, Yusif Məmmədov və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışmışlar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab ediblər, xüsusilə gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Yığıncaqda təşkilat sədrinin hesabat məruzəsi dinləndikdən sonra, təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilmişdir.

Keçidlər