Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

19 yanvar 2017 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 14 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 2 nəfəri qaz xətti   ilə əlaqədar, 1 nəfəri  evinin dam örtüyünün təmiri ilə əlaqəli, 2 nəfəri küçələrinin asfaltlanmas ilə əlaqəli, 2 nəfər polis şöbəsindən şikayəti ilə əlaqəli,2 nəfəri iişlə təmin olunması ilə əlaqəli,1 nəfəri yardıma ehtiyacı olduğu üçün və 4 nəfər isə torpaq ilə əlaqəli  müraciətlər etmişdirlər.
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər