Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Sağlam həyat” aksiyası keçirilmişdir.

24 aprel 2013 | 15:00

Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq,  akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi Samux rayonunda da geniş qeyd olunur. Rayonun təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və aksiyalar təşkil olunur.
Mərkəzi Rayon Xəstəxanası  tərəfindən  rayonun qəsəbə və kəndlərində “Sağlam həyat” aksiyası keçirilir. Bu məqsədlə səyyar həkim briqadaları yaradılmışdır. Növbəti aksiya  bu gün rayonun Qarayeri, Alabaşlı və Qaraarx qəsəbələrinin sakinləri üçün təşkil olunmuşdur. Tədbirdə həkimlərə 100 yaxın vətəndaş müraciət etmişdir. Müraciət edənlər həkimlər tərəfindən hərtərəfli müayinə olunmuşdür. Altı nəfər xəstəxanaya yerləşdirilmiş, bəzi vətəndaşlara istiqamətverici tövsiyələr edilmiş və ehtiyacı olanlara ambulator müalicələr təyin olunmuşdur.

Keçidlər