YAP Samux Rayon Təşkilatında “20 yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda dəyirmi masa keçirildi.
19 yanvar 2017-ci il tarixdə YAP Samux Rayon Təşkilatında “20 yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” movzusunda dəyirmi masa keçirildi. Tədbirdə Gənclər Birliyinin üzvləri iştirak edirdilər.Tədbir açıq elan olunduqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masada cıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov “20 Yanvar” faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu və eyni zamanda yeni tariximizə bir qürur , məğrurluq günü kimi daxil olduğunu qeyd etdi. Natiq vurğuladı ki,bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
`Sonra Gənclər Birliyinin üzvləri, Əhmədbəyli kənd ərazi ilk partiya təşkilatının sədri -Ceyhun Mürsəlzadə, Sərkar kənd tam orta məktəbin müəlliməsi- Əfsanə Bağırova, Gənclər İdman İdarəsində aparıcı məsləhətçisi -Qurban Həsənov, Samux rayon Mərkəzi Kitabxana Sistemində baş metodisti- Vüsalə Əsgərova və İnstitut tam orta məktəbin müəlliməsi - Şəhla Məmmədhəsənova çıxış edərək qeyd etdilər ki, bu gün biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla azərbaycançılıq ideologiyasına sadiq olduğumuzu, sülhsevərlik və humanist dəyərlərimizlə dünyaya töhfə verdiyimizi təsdiqləyirik. 20 Yanvar Azərbaycanda təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edilməlidir. Hər il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi ölkə miqyasında, eləcə də xarici ölkələrdə anılır. Bununla bağlı imzalanan Sərəncamda da əsas məqsəd bu faciə ilə bağlı gənclər arasında geniş təbliğat işinin aparılmasıdır.
Tədbirin keçirilməsinin əsas məqsədi 20 yanvar faciəsinin 27-ci ildönümünün yad edilməsi, milli-mənəvi dəyərlərimizin gənclərə izah edilməsi, onlarda doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunmasından ibarət idi.Tədbirin sonunda İnstitut tam orta məktəbin şagirdi Aysun Vəkilova 20 Yanvar şəhidlərinə həsr edilmiş, vətənpərvərlik ruhunu yüksəldən şerlə çıxış etdi.