Samuxda hərəkət imkanları məhdud insanlar üçün ictimai dinləmə təşkil olunub
Samux rayonunda “Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi" layihəsi çərçivəsində dövlət strukturları, QHT nümayəndələri və əlilliyi olan insanlar bir araya gəlib. Təşkil edilən ictimai dinləmə zamanı fiziki imkanları hərəkət üçün imkan verməyən insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təklif və tövsiyyələrini təqdim ediblər. Təkliflər əsasən sosial xarakterli olub. Yəni yaşayış məntəqələrində əlavə subartezian quyularının qazılmasını, yeni salınan yaşayış məntəqələrində qazlaşdırma işinin sürətləndirilməsi, müasir texnologiyalardan istifadə edilərək iş yerlərinin açılması, internet xəttinin çəkilişi tövsiyyələr sırasında olub. Layihə çərçivəsində Samuxla yanaşı Gəncə şəhəri, Goranboy, Şəmkir və Göygöl rayonlarında təlimlər təşkil olunub. Əsas məqsəd həyata keçirilən sosial və iqtisadi islahatları dəstəkləmək, korrupsiya hallarının qarşısını almağa yardım etməkdir.
Natiq Hüseyn