Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux Rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir

16 yanvar 2017 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VII Konfransına hazırlıqla əlaqədar 22 dekabr 2016-cı il tarixində keçirilmiş rayon təşkilatı Şurasının iclasının qərarına əsasən ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirlir.Bununla əlaqədar olaraq 16 yanvar 2017-ci il tarixdə İnstitut qəsəbə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir.Yığıncaqda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının sədri Fərmayıl Qəhrəmanov,YAP Samux rayon təşkilatının məsul işçiləri və İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının sədri Fərmayıl Qəhrəmanov açaraq hesabat məruzəsi ilə çıxış edərək ilk partiya təşkilatının fəaliyyəti haqqında məlumat vermişdir və bildirmişdir ki, sədrlik etdiyi ilk partiya təşkilatı özündə 107 nəfər partiya üzvünü birləşdirir. Hesbat dövrü ərzində təşkilatda 8 nəfər gənc partiya sıralarına üzv qəbul edilib. Sonra F.Qəhrəmanov 1990-93-cü illərdə ölkədəki mövcud vəziyyətdən, Azərbaycan xalqının ictimai-siyasi tarixində müstəsna yeri, əhəmiyyətli fəaliyyəti və əvəzedilməz xidmətləri olan YAP-ın yaranma tarixindən, eyni zamanda partiyanın keçdiyi tarixi inkişaf yolundan danışmışdır. Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini və onun əbədiyaşar ideallarının bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirildiyini bildirmişdir.
Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib. Qeyd etmişdir ki, bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.
Yığıncaqda YAP Samux rayon təşkilatının fəal üzvlərindən Səbuhi Məmmədov, Hüseyn Həsənov və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışmışlar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab ediblər, xüsusilə gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Yığıncaqda təşkilat sədrinin hesabat məruzəsi dinləndikdən sonra, təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilmişdir.
Daha sonra Az.MSS, İnstitut qəsəbə tam orta məktəb, Bağbanlar ərazi ilk partiya təşkilatlarında da hesabat-seçki yığıncaqları keçirilmişdir.

Keçidlər