Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib
Ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Samux Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları tərəfindən şəhər 3 nömrəli məktəbdə bir sıra yaxın ərazidə yerləşən məktəb direktorları və onların müavinlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib. Seminarda ümumi orta təhsil (9 illik) səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklərlə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış məlumat xarakterli slayt təqdim olunub. Sual-cavab formatında tərtib edilmiş slaytda yeni buraxılış imtahanları ilə bağlı ən çox müraciət olunan suallara cavab verilib.
SUAL 1: İmtahanlar ödənişlidirmi?
Buraxılış imtahanları ödənişsiz əsasda keçirilir.
SUAL 2: IX siniflərdə buraxılış imtahanları hansı fənlərdən olacaq?
Tədris Azərbaycan dilində olan məktəblərin şagirdləri üçün - Azərbaycan dili və riyaziyyat;
Tədris rus dilində olan məktəblərin şagirdləri üçün - rus dili və riyaziyyat;
Tədris dili Azərbaycan və rus dillərində başqa digər dillərdə olan şagirdlər üçün isə yalnız riyaziyyat fənnindən olacaqdır.
SUAL 3: İmtahanlar neçə mərhələdən ibarətdir ?
Imtahanlariki mərhələdənibarətdir.
SUAL 4: İmtahanın hər iki mərhələsi eyni gündə həyata keçiriləcək?
İmtahanların mərhələləri müxtəlif tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir:
I mərhələr: fevral – mart aylarında
II mərhələ: iyun ayında.
SUAL 5: Bu imtahanın hər iki mərhələsində iştirak etmək vacibdirmi?
Bəli
İmtahanın hər hansı bir mərhələsində iştirak etməyən şagird imtahanda iştirak etməmiş hesab edilir
İmtahanda iştirak etməyən şagirdə ümumi orta təhsil haqqında attestat verilmir.
SUAL 6: İnşa (esse) yazmaq vacibdirmi?
İmtahanın birinci mərhələsində təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazılır
Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
SUAL 7: İmtahana neçə saat vaxt ayrılır?
I mərhələ: 2 saat 30 dəqiqə
II mərhələ: 1 saat 30 dəqiqə
SUAL 8: Gecikənlər imtahana buraxılacaqmı?
İmtahan başlandıqdan 30 dəqiqə sonra gələn şagird imtahana buraxılmır.
SUAL 9: İmtahanlarda neçə sual olacaq?
Birinci mərhələ:
Azərbaycan (rus) dili: 10 açıq, 10 qapalı tipli test
Riyaziyyat: 10 açıq tipli test
İnşa (esse): Təqdim edilmiş mövzulardan biri (könüllü)
Riyaziyyat: 10 açıq tipli test
İkinci mərhələ:
Azərbaycan (rus) dili: 30 qapalı tipli test
Riyaziyyat: 30 qapalı tipli test
Riyaziyyat: 30 qapalı tipli test
SUAL 10: Açıq və qapalı tipli test suallarının fərqi nədir?
Açıq tipli test sualları, cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test sualıdır
Qapalı tipli test sualları, verilən cavab varianlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test sualıdır.
SUAL 11: Test suallarının səhv cavabına görə bal çıxılacaqmı?
Xeyr
SUAL 12: Buraxılış imtahanından minimum neçə bal toplamaq lazımdır?
Şagirdlərin biliyi 0 – 100 bal arasında qiymətləndirilir.
SUAL 13: Buraxılış imtahanında toplanmış neçə bal müvafiq olaraq "2”, "3”, "4” və "5” sayılır?
Buraxılış imtahanlarında toplanılan bal "2”, "3”, "4” və "5” qiymətləri ilə ifadə olunmur.
SUAL 14: Bu və ya digər səbəblərdən imtahanda iştirak etməyən şagirdlər üçün yenidən imtahan olacaqmı?
Üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən baxılır.
Şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.
SUAL 15: İmtahanın nəticəsindən narazı olduqda hara müraciət etmək olar?
Yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Apellyasiya Komissiyası yaradılır.
Şagird Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir.
Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Qeyd edək ki, belə seminarların davamlı olaraq rayon üzrə yaxın məktəblər arasında keçirilməsi davam edəcək.
Nurəddin Babayev Samux rayon