Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Mədəniyyət və Turizm söbəsində Akademik oftalmoloq Zərifə xanım Əliyevanın 90 illiyi ilə bağlı tədbirin keçirilmişdir

24 aprel 2013 | 15:00

Samux rayon Mədəniyyət və Turizm söbəsində Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90- illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “İNSANLARA NUR BƏXŞ EDƏN LƏYAQƏT MÜCƏSSƏMƏSİ ” və “Ömür  yolu” adlı məruzələrlə  çıxış edən   Samux şəhər Uşaq Musiqi məktəbinin müəllimi G. Nəsibova və  Samux rayon Mərkəzi Kitabxananın  şöbə müdiri S.Həsənova Zərifə Əziz qızı Əliyevanın həyat və yaradıcılığından, elmi fəaliyyətindən, fədakar bir ana kimi ailəcanlı bir xanım olması barədə danışdılar.Görkəmli oftolmoloq alimin 90 illiyinə həsr olunmuş tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Zərifə xanım Əliyevaya həsr olunmuş şerlər, C.Cabbarlının ölməz əsəri olan “Ana” şeri, Sevil xanım Əliyevanın Zərifə xanıma həsr etdiyi “Ana” mahnısı, Ü. Hacıbəyovun “Sənsiz” romansı,  Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” və C. Cahangirovun “Ala göz” mahnıları səsləndirilmişdir.

Keçidlər