Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yollar qışa hazırlanır

13 dekabr 2016 | 16:00

Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Samux İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Qurumun xidməti ərazilərinə daxil olan 8 km respublika əhəmiyyətli və 201 km kənddaxili yollarda cari işlər aparılır. Bu məqsədlə Samux-Yenikənd-Poylu-Burunqovaq çınqıl örtüklü avtomobil yolunda bərpa işləri görülüb. Asfalt örtüklü olan 7 km-lik yol təmir edilib, yol kənarlarında mövcud olan 108 ədəd siqnal dirəkləri yenisi ilə əvəzlənib. Qarlı havalarda yollarda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün də qabaqlayıcı tədbirlər görülüb.
Zakir Quliyev- “Azəravtoyol” ASC-nin Samux İdarəsinin rəisi: “Bu məqsədlə 300 kub qum tədarük edilərək, idarənin bazasına yığılıb. Eyni zamanda, 10 ton duz da tədarük olunub. Gələcəkdə havalar yağışlı və yağmurlu, eləcə də çovğunlu keçərsə, xidməti yolumuz bərpa olunaraq nəqliyyat vasitələrini xidmətinə veriləcək”.
Xaliq Qurbanlı

Keçidlər