Samuxun kənd və qəsəbələrində elektrik təsərrüfatı yenidən qurulub
Soyuq qış aylarında əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün təmir-bərpa işləri rayonun Zazalı, Alıuşağı, Qiyaslı və Tatlı kəndlərində kompleks tədbirlər görülüb. 3 yeni güc transformatoru quraşdırılıb, 316 ədəd dəmir-beton dayaq yenilənib, 7,5 km sip kabel çəkilib. Bundan başqa, Yenikənd kəndində 110, Qarayeri qəsəbəsində isə 35 kilovotluq yarımstansiyalar yaradılıb. Yeni yarımstansiyalar sözügedən yaşayış məntəqələri ilə yanaşı ətraf kənd və qəsəbələri də normal enerji ilə təchiz etməyə imkan verir. Samux Elektrik Şəbəkəsinin rəsmləri həyata keçirilən tədbirlərdən sonra rayonda işıqdan istifadə edən 13 min 500 abonentin qarlı-şaxtalı günlərdə enerji sarıdan çətinliyi olmayacağını vədd edir.
Aqil Hüseynov- Samux Elektrik Şəbəkəsinin baş mühəndisi: “Samux rayonunun əhalisini normal elektrik enerjisi ilə təmin etmək üçün bu il 9 ədəd kompleks transformator məntəqəsi yaradılıb. 120-dən çox dəmir beton, eləcə də 150-yə yaxın metal boru dayaqlar basdırılıb. İstismara yararsız naqillər yenisi ilə əvəz olunub. Bütün bunlar ona əsas verir ki, Samux rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdır”.
Natiq Hüseyn