Samux rayon komandası Nə? Harda? Nə zaman? intellektual oyunu üzrə qələbə qazandı.
Samux rayon İcra hakimiyyətinin dəstəyi, Samux rayon Gənclər və İdman İdarəsi və Samux rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 04 dekabr 2016-cı il tarixdə Şəmkir şəhərində Gənclər və İdman Nazirliyi və İrəli ictimai birliyinin " Azərbaycanın İntellektual Birincisi" layihəsinin Gəncə-Qazax iqtisadi rayonu üzrə seçim turu keçirildi. 4 oyun (Nə? Harda? Nə zaman?, Axtar tap, Vətəni tanı, Xəmsə) üzrə keçirilən yarışda 10 şəhər rayondan 200-ə yaxın gənc iştirak edirdi. Samux şəhər 3 saylı tam orta məktəbin gəncləri Nə? Harda? Nə zaman? intellektual oyunu üzrə və 2 saylı tam orta məktəbin gənci Vətəni tanı intellektual oyunu üzrə birinci yeri qazanaraq Bakıda keçirilən Respublika birinciliyinə vəsiqə qazandılar. Beləliklə 4 naminasiya üzrə keçirilən yarışdan ikisini Samux rayon komandası qazandı.