Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Füzuli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifələrini icra edən Əsədov Vüsal kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İlyasova İltimas Əsəd qızı kənddə uşaq bağçasının açılmasıni xahiş etdi.
2. Verdiyeva Pəri Rəşid qızı müvafiq işlə təmin olunmasına köməklik edilməsini xahiş etdi.
3. Məmmədov Məqsəd İbrahimxəlil oğlu pay torpaqlarının suvarılması üçün Şəmkir Maşın Su Kanalından su götürülməsi üçün qapının quraşdırılması təklif etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.