Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “12 noyabr Konstitusiya günü “ münasibəti ilə 1 saylı məktəb liseyində “Konstitusiya haqqında biliklərimizi paylaşaq”divizi altında hüquqi-təlim keçirildi

11 noyabr 2016 | 16:00

11 noyabr 2016-cı il tarixdə Samux rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Samux şəhər 1 saylı məktəb-liseyində "12 noyabr Konstitusiya günü " ilə əlaqədar olaraq " Konstitusiya haqqında biliklərimizi paylaşaq " devizi altında məktəblilər arasında hüquqi-təlim keçirildi. Hüquqi-təlim təhsilləndirici xarakter daşıyırdı. Hüquqi-təlimi keçirməkdə məqsəd məktəblilərə Azərbaycan Respublikası Konstitusiyası və hüquqlarımız barədə, Konstitusiyanın qəbul olunması və qüvvəyə minməsi barədə məlumat vermək , eyni zamanda onların Konstitusiya barədə biliklərinin hansı səviyyədə olmasın , fikir mübadiləsi aparmaq idi. Sonda Hüquqi təlimdə fəal iştirak edərək fərqlənən şagirdlərə Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr verildi.

Keçidlər