Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İstixana kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İstixana kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kəpəz Qəmbərov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Süleymanov Səlman İsbəndiyar oğlu iki mərtəbəli yaşayış binalarının dam örtüklərinin təmir olunması təklifini irəli sürdü.
2. Həsənov Fərrux Polad oğlu içməli suyun verilməsi üçün bir ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
3. Hüseynov Elşad Aydın oğlu isə küçələrin abadlaşması təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.