Samux rayonunda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun doğum gününə həsr olunmuş tədbir keçirildi
Azərbaycanın Milli Qəhrəmanı Eltun Xalədiddin oğlu İsgəndərovun doğum günü yüksək səviyyədə qeyd edildi. Sərhəddimizin toxunulmazlığını öz canı bahasına qoruyan Milli Qəhrəman Eltun İsgəndərov N saylı Sərhəd zastavasında xidmət edərkən bir qrup cinayətkar dəstənin sərhəddimizi pozduğu xəbərindən sonra cinayətkar dəstəni zərərsizləşdirmək üçün öz Sərhədçi zabit və əsgər yoldaşları ilə birgə hadisə yerinə yollanmışlar. Cinayətkarlarla başlayan döyüşdə əl qumbarasının üzərlərinə gəldiyini görərək qısa zaman kəsiyində , çevik bir şəkildə qərar verərək əsgər və zabit yoldaşlarının həyatlarını xilas etmək üçün böyük igidlik, cəsarət, qəhrəmanlıq göstərərək özünü əl qumbarasının üstünə ataraq, öz canı bahasına döyüş yoldaşlarının həyatlarını xilas etmişdir. Milli Qəhrəmanın əziz xatirəsi hər zaman böyük hörmətlə yad edilir. 21 oktyabr 2016-cı il tarixdə Milli Qəhrəman Eltun İsgəndərovun doğum günü yüksək səviyyədə qeyd olundu. Tədbirdə Samux rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, SHXÇDX-nın Samux rayon bölməsi, Milli Qəhrəmanın xidmət etdiyi Sərhəd zastavasının əsgər və zabit heyyəti və başqa idarə , təşkilatlar iştirak edirdi. İlk öncə Milli Qəhrəmanın qəbri ziyarət olundu. Hörmət əlaməti olaraq məzarı üzərinə gül dəstələri qoyuldu. Sonra tədbir Milli Qəhrəmanın Təhsil aldığı orta məktəbdə davam etdirildi. Milli Qəhrəmanla bağlı video çarx nümayiş etdirilərək tədbir iştirakçılarına onun keçdiyi şərəfli xidmət və həyat yolundan danışıldı. Tədbirdə Şəhidimizin atası Xaləddin İsgəndərov, qardaşı,anası və qohumlarıda iştirak edirdi. Sonra tədbir Əhmədbəyli kənd tam orta məktəb şagirdlərinin hazırladığı kompazisiya ilə davam etdi. Sonda Gənclər və idman İdarəsi və SHXÇDX-nın Samux rayon bölməsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanın əziz xatirəsinə həsr olunmuş orta məktəb komandaları arasında keçirilən Mahir Nişançı güllə atıcılığı üzrə rayon birinciliyinin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla təltif olundular. Allahdan Şəhidimizə rəhmət diləyirik. Vətən sərhəddən başlayır!