Samux rayon Sərkar kənd N.Gəncəvi adına tam orta məktəbində 18.04.2013- cü il tarixdə Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
İnsanların sağlamlığı keşiyində dayanan, onların gözlərinə nur bəxş edən həkimlərdən biri olan Zərifə Əliyevadır.
18. Aprel 2013 – cü il tarixində Sərkar kənd N.Gəncəvi adına tam orta məktəbində görkəmli elm xadimi tibb elminə verdiyi əvəzsiz elmi nailiyyətləri ilə fərqlənən Zərifə Əliyevanın anım günü münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Müəllimlərdən İsrafilova Məfkurə və Abdullayeva Səba şagirdlərə Zərifə Əliyevanın tibb elminə verdiyi böyük nailiyyətlərindən və bu elm sahəsindəki əvəzsiz xidmətlərindən danışdılar. Zərifə Əliyevanın göz xəstəlikləri sahəsində yaratdığı yenilikləri xüsusi vurğuladılar.
Məktəbin yuxarı sinif şagirdi Yusifova Maysara da öz çıxışında Zərifə
Əliyevanın həyat və fəaliyyəti, onun həkim olmaqla yanaşı həm də gözəl bir ana kimi nümunəvi övlad tərbiyə edib vətənə bəxş etdiyini qeyd etdi. Hər bir Azərbaycan qadınının Zərifə Əliyeva kimi gözəl ana, bacarıqlı bir vətəndaş kimi fəaliyyət göstərməsini arzuladı. Bundan başqa məktəbin bir neçə şagirdi ana, vətən haqqında şerlər söylədilər. Zərifə Əliyevanın adını əbədiləşdirmək üçün respublikamızın paytaxtı Bakı şəhərində göz xəsrəlikləri xəstəxanasına onun adının verilməsini xüsusi vürğuladılar.
Məktəbdə keçirilən Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar tədbirin sonunda məktəbdaxili inşa müsabiqəsində “ Ana müqəddəslik zirvəsidir” inşasının qalibi X sinif şagirdi Abdullayeva Xoşbəxt mükafatlandırıldı. Digər fərqlənən şagirdlərdə müxtəlif hədiyyələrlə təltif edildi.
Xalqımız bu gözəl qadını daim qürur hissi ilə xatırlayır.