Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səbuhi Məmmədov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Miri Həsən Tomar oğlu Rizvan Nağıyev küçəsində çirkab suyun axıdılması üçün mövcud olan kanalın təmizlənməsini xahiş etdi.
2. Vəliyeva İradə Nofəl qızı qəsəbə sakinlərinə fərdi mənzil tikintisi üçün verilmiş torpaq sahəsinin sənədləşdirilməsinə kömək edilməsini xahiş etdi.
3. Əliyeva Nərgiz Qafar qızı isə Vetiranlar küçəsindəki binanın zirzəmisinə yığılmış suyun çəkilməsini və yararsız su xəttinin təmir olunmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.