Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

19 oktyabr 2016 | 16:00


Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır.Ölkəmizdə əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir.  Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ümumdaxili məhsulun (ÜDM) artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətə davamlı məhsul istehsalı durmadan artır.
Cənab Prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqlərində ölkə başçısı  real vəziyyəti geniş təhlil etmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz siyasətini aparır, heç kimin sözü ilə oturub-durmur. Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var. 
Maliyyə böhranı ilə bağlı neftin qiymətində kəskin ucuzlaşma baş verdiyinə görə  dövlət investisiyalarının  azalması, tikinti sektoruna sərmayə qoyuluşunun aşağı düşməsi müəyyən dərəcədə iqtisadi tənəzzülə gətirib çıxarmışdır. Lakin   sevindirici  hal ondan ibarətdir ki, bunun qarşılığında sənaye potensialı 0,2 faiz artmış, qeyri-neft  sektorunda artım 3,6 faiz təşkil etmişdir. Kənd təsərrüfatında isə bu göstərici 2,4 faiz olub.  Şübhəsiz ki, bu sahədə vəziyyət yaxın gələcəkdə daha da yaxşılaşacaqdır. Çünki  kənd təsərrüfatı sahəsində aparılan siyasət, həyata keçirilən islahatlar bunu deməyə əsas verir.
Ölkə başçısı, eyni zamanda, digər istiqamətlərdə də işlərin plan üzrə getdiyini, “Cənub” qaz dəhlizi layihəsinin uğurla icra edildiyini, Azərbaycanın çox önəmli nəqliyyat mərkəzinə çevrildiyini diqqətə çatdırıb. İclasda qeyd edilib ki, artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir.  Respublikada çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqları təmin edilir.
Əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər daim diqqətdə saxlanılır. Cari ildə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri həyata keçirilib.  Bir neçə şəhərdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. 
Dövlət başçısı bu ilin sonuna kimi qarşıda duran vəzifələrin, xüsusilə bəzi infrastruktur layihələrin həyata keçirilməsinin zəruriliyini, ixracın artırılması istiqamətində tədbirlərin reallaşdırılmasının mühüm önəm daşıdığını, 2017-ci il dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilməsini iclas iştirakçılarının nəzərinə çatdırıb.
Prezident daxili bazarın qorunması üçün əlavə tədbirlər görüləcəyini, bununla bağlı çevik siyasət aparılacağını, məsələlərin operativ şəkildə həll ediləcəyini də diqqətə çatdırıb.  Dövlət başçısı çıxışında müvafiq qurumlara ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar vermişdir.  Eyni zamanda ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacağı, sənaye parklarının yaradılması istiqamətində tədbirlərin davam etdiriləcəyi qeyd edilmişdir.
Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 37-ci pilləyə yüksəldilib.
Gələn ilin dövlət büdcəsinin yenə də sosialyönümlü olması ilə bərabər, investisiya xarakterli layihələrin icrasının da diqqət mərkəzində saxlanılır.  Respublikamızda  pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı ciddi işlər aparılır və  ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meliorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Azərbaycanda növbəti demokratiya aksiyası adlandırılan ümumxalq səsverməsi uğurla başa çatdı. Yüksək seçici fəallığı şəraitində keçirilən referendumla Azərbaycan demokratik inkişaf yolunda yeni və diqqətə layiq addım atdı. Bunu referendumda müşahidəçi kimi iştirak edən beynəlxalq təşkilatların üzvləri, böyük dövlətlərin müşahidə missiyası və ABŞ, Fransanın tanınmış şirkətlərinin keçirdikləri “exit-poll”ların nəticəsi bir daha təsdiqlədi. ABŞ Dövlət Departamenti də bəyanat verərək referendumun nəticələrini tanıdığını bildirdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər. Konstitusiya islahatları sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqilliyin daha da möhkəmlənməsinə etibarlı təminat yaradacaq.  Bu səsvermə yalnız Konstitusiyaya edilən 29 əlavə və dəyişikliyə xalqın münasibətini öyrənmək məqsədi daşımırdı. Bu, həm də etimad referendumu idi! Xalqın Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən səsvermə idi! Növbəti islahatlar kursunu bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Bu ilin aprel ayında  Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini söyləyən Prezident aprel döyüşlərinin tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb. Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşmış, may-iyun aylarında görüşlər keçirilmişdir. Lakin   Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil, onun  böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir.  Budur məsələnin həll olunmamasının əsas  səbəbi. BMT Təhlükəsizlik Şurası  bununla bağlı dörd qətnamə qəbul edib.  Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir.  Azərbaycan  həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıdır və bu güc bizdə var.  Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasət aparılır. Azərbaycan Prezidenti çıxışında, həmçinin Amerikadan səslənən son bəyanata da toxunaraq, “Yumşaq desək, bu, təəccüb doğuran bir bəyanatdır.  Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır”, -deyib. Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq.  Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır.  Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur.  Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir”, - demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. 
Cənab Prezident hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.  Ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin yaradılması, son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.
Əminliklə demək olar ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və davamlı iqtisadi inkişafa hesablanan islahatlar hesabına ölkəmiz daha da güclənəcək.
2016-cı ilin doqquz ayında   rayonumuzda  bütün sahələrdə yaxşı nəticələr əldə edilmiş, tikinti-quruculuq işləri davam etdirilmişdir. Doqquz ayın yekunu ilə bağlı görülmüş işlərin təhlili və proqnozlar göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam etmişdir. Bu rayonun əsas statistik göstəricilərində də öz əksini tapmışdır. Belə ki, ümumi məhsul buraxılışının həcmi 5,5 faiz, sənaye 0,4 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 1,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 14,4 faiz və əsas kapitala yönəldilən investisiyaların məbləği 13,7 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 8,7 faiz artmışdır.
Eyni zamanda rayonda tikinti-quruculuq və  abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, ilin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 9 ay ərzində 1046-sı daimi olmaqla 1590 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 47-si Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 28 layihə üzrə verdiyi 405,0 min manat güzəştli kreditin hesabınadır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Belə ki, hesabat dövründə rayonun Qarabağlar və Lək  kəndlərində əhalinin içməli və məişət istifadəsi üçün su təchizatının yaxşılaşdırılması məqsədilə su  xətləri çəkilmiş, bulaqlar inşa edilmişdir Qarabağlar kəndində 40 ədəd və Lək kəndində 32 ədəd bulaq inşa edilmişdir.  Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında təmir işlərinə başlanılmış  və hər biri 1040 m2  olmaqla, ümumilikdə 7280 m2 dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Binaların fasad hissələri əsaslı təmir edilmiş, binaların girişlərinə dəmir qapılar quraşdırılmış və ətraflarında abadlıq işləri həyata keçirilmişdir.
Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılaraq istifadəyə verilmiş, Samux şəhər 4 saylı uşaq bağçasında təmir işləri aparılmışdır.
Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikintisinə başlanmış, hazırda tikinti işləri davam etdirilir.
Rayonun Qarayeri və Alabaşlı qəsəbələrində, Sərkar, Ziyadlı, Hacıalılı, Füzuli, Seyidlər və Qədli kəndlərində Kənd İnvestisiyası Layihəsi çərçivəsində küçə və yolların təmirinə, park və xiyabanların yenidən qurulması layihələrinin icrasına başlanmışdır. Layihə çərçivəsində Qarayeri qəsəbəsində 20,5 km, Alabaşlı qəsəbəsində 4 km, Sərkar kəndində 11 km, Ziyadlı kəndində 13 km, Seyidlər kəndində 7 km, Qədli kəndində 5 km, Füzuli kəndində 13,5 km, Hacıalılı kəndində 11 km yolda təmir işləri başa çatdırılmışdır. Təmir prosesində su keçidləri yenilənmiş, arxlar qaydaya salınmışdır. Su keçidlərinə Qarayeri qəsəbəsində 76 m, Sərkar kəndində 53 m, Ziyadlı kəndində 50 m, Hacıalılı kəndində 24 m, Fizuli kəndində 45 metr doru istifadə olunmuşdur.  Ziyadlı kəndində 1700 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Eyni zamanda layihə çərçivəsində Yuxarı Ağasıbəyli kəndinin küçələrinə içməli su xətləri çəkilərək, 50 ədəd bulaq quraşdırılmışdır.
Bununla bərabər Zazalı, Tatlı, Qiyaslı, Lək, Çobanabdallı və Qarabağlar  kəndlərində daxili küçə və yollarına balans verilərək, hamarlama işləri aparılmışdır.
Uzunluğu 7 km olan Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılmış, həmin yola yeni asfalt örtüyü salınmışdır.
Rayon mərkəzinin Şəhidlər küçəsi  və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılmış, burada olan su keçidləri dəyişdirilmişdir. Həmin küçələrə 1160 metr uzunluğunda     6 metr enində  yeni asfalt örtüyü çəkilmişdir.
Respublika əhəmiyyətli Alıuşağı-İmamzadə yolunun yenidən qurulması ilə bağlı yolun keçdiyi ərazilərdə abadlıq işləri həyata keçirilmişdir.
2016-cı  ilin 9 ayı  ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Qovlarsarı-Qaraarx, Gəncə-Qarayeri, Samux-Lək, Samux- İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 92,0 min m2 sahədə təmir işləri aparılaraq, 10,0 min m3 həcmində çınqıl materialı işlədilmişdir. Həmçinin 108 ədəd qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir. Hesabat dövründə  Gəncə-Samux, Samux-İnstitut, Gəncə-Qarayeri, Samux-Lək, Samux -Yenikənd avtomobil yollarında asfalt beton qarışığı ilə 39,9 min m2 sahədə təmir işləri aparılaraq 6070 ton miqdarında asfalt beton qarışığı işlədilmişdir.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan  sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, 9 ay ərzində 793 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 34 hüquqi şəxsdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması  məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət üçün   5000 ha münbit  torpaq ayrılmışdır. Cəmiyyət tərəfindən  təsərrüfatda çalışacaq maşın-mexanizmlər gətirilmişdir. Həmin sahənin suvarılma sisteminin qurulması “Abkon” MMC şirkəti tərəfindən icra edilir. 13 km əsas su xətti çəkilmişdir. Kompleksin idarə edilməsində istifadə olunacaq yardımçı binaların tikintisi davam etdirilir. Həmin ərazidə 3000 hektar qarğıdalı əkilməsi həyata keçirilmişdir. Bu isə öz növbəsində yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verir.
Ölkə prezidenti cənab İlham Əliyevin pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafına dair tapşırıqları ilə əlaqədar Prezident administrasiyasında keçirilmiş müşavirədə verilmiş tövsiyyələr İcra hakimiyyətində  geniş təhlil olunmuşdur. Tövsiyyələrə uyğun  olaraq cari ildə rayonun Qırmızı Samux qəsəbəsi ərazisində 300 hektar sahədə  “Qarabağ region” MKT MMC tərəfindən pambıq səpini aparılmışdır. Həmin sahələrin becərilməsinə 200 nəfərdən artıq  yerli sakin  mövsümü işçilər cəlb edilmişdir. Əkilmiş pambıq sahəsinin 260 hektarının suvarılması üçün “Pivot” müasir suvarma sistemindən istifadə edilir. 40 hektar sahə şırım üsulu ilə suvarılır. 01.10.2016-cı il tarixə kimi  sahələrdən 80 ton ağ qızıl toplanmışdır. Məsuldarlıq orta hesabla 25-30 sentner təşkil edir.  Rayonda pambıq əkinlərinin artırılması  və bu işə fermerlərin marağını artırmaq üçün geniş tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə istehsal olunan pambığın hər kiloqramına 0,1 manat subsidiya nəzərdə tutulmuşdur. 2017-ci ilin məhsulu üçün rayonda 1000 hektardan çox pambıq, 1500 hektar çuğundur əkilməsi nəzərdə tutulmuşdur. Bununla bərabər yaxın gələcəkdə rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə çəkil plantasiyalarının salınması nəzərdə tutulur.
Sarıqamış kəndi ərazisində iri buynuzlu mal-qara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər  davam etdirilmişdir. Hazırda kompleksdə  saxlanılan iribuynuzlu cins mal-qaranın sayı 3000 başdan çoxdur. Burada gün ərzində 32-35 ton süd istehsal olunur.
Rayona investisiya qoyuluşuna cəlb olunmuş “Ulduz 2011” MMC-yə Ceyrançöl və Bozdağ massivlərindən 2010 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaqlardan 1600 hektarının təyinatının dəyişdirilərək əkin məqsədi ilə istifadə edilməsi  üçün Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsinin 1100 hektarında taxıl, 500 hektarında isə intensiv üsulla kartof əkilməsi nəzərdə tutulur. Burada 104 nəfər daimi işlə təmin olunacaqdır.
Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə Dövlət  Agentliyi  tərəfindən  inşa etdirilən  “Aqroenerji” kompleksinin  tikintisində işlər sürətləndirilmişdir. Burada 9 mindən çox  günəş paneli quraşdırılmışdır ki, buda 2,8 meqa vatt  günəş enerjisinin istehsal olunmasına imkan verəcəkdir. Hazırda yaxın ərazisində yerləşən obyektləri enerji ilə təmin edir. Kompleksin  inzibati binasının  daxilində aparılan  işlər  başa çatmaq üzrədir.
2016-cı ilin məhsulu üçün 7920 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Bundan 3455 hektarı buğda, 3999 hektarı dən üçün arpa, 466 hektarı xəsil məqsədi ilə əkilmişdir. 5772 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır ki,  bundan 415 ha çoxillik otlar, 651 ha şəkər çuğunduru, 1715 ha günəbaxan, 196 ha kartof, 764 ha tərəvəz, 127 ha yazlıq buğda, 481 ha yazlıq arpa, 362 ha bostan, 484 ha qarğıdalı, 330 ha pambıq, 18 ha paxlalılar, 207 ha toxum məqsədilə tərəvəz , 22 ha çəltik əkilmişdir.
Hesabat dövründə sahələrdən   24022 ton taxıl məhsulu yığılmışdır ki, orta məhsuldarlıq 29,5 sentner təşkil edir. Onda 10641 tonu buğda (məsuldarlıq-29,7 sentner), 13381 tonu isə  arpa (məsuldarlıq- 29,3 sentner) məhsulu yığılmışdır.
01 oktyabr 2016-cı il tarixinə rayonda 2186 ton kartof, 9395 ton tərəvəz, 4830 ton bostan bitkisi, 3469 ton günəbaxan, 31 ton paxlalılar, 1571 ton qarğıdalı,6683 ton şəkər çuğunduru istehsal olunmuşdur.
Bununla bərabər  bağlardan 5488 ton meyvə, 5043 ton üzüm yığılmışdır.Hazırda yığım davam edir.
2016-cı  ilin  01 oktyabr   tarixinə 8070 hektar şum qaldırılmışdır ki, bu da ötən ilin müvafiq dövründəkindən (2836 ha) 2,8 dəfə çoxdur. Bu da növbəti ildə daha yüksək məsul istehsalından xəbər verir.
2016-cı  ilin  01 oktyabr   tarixinə iri  buynuzlu  mal-qaranın  sayı 23888 baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  11944 baş təşkil edir. Qoyun və keçilərin  sayı 168326 baş  təşkil edir. Hesabat dövründə 3257 ton diri  çəkidə  ət, 15384 ton süd, 5163 min  ədəd  yumurta, 346 ton yun    istehsal  olunmuşdur.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 41 subartezian quyusu qazılıb istifadəyə nəzərdə tutulmuşdur ki, onlardan da 30-u istifadəyə verilmişdir. Növbəti sərəncamlarla  2016-cı ildə rayonun ən çox ehtiyac duyulan ərazilərində daha  11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bununla bağlı yerlərin müəyyən edilməsi, texniki şərtlərin hazırlanması işləri aparılmış və quyuların qazılmasına başlanmışdır.
Bununla bərabər 2016-cı  ilin 9 ayı  ərzində 262 ədəd nasos, 44 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 354  min m3  lildən  təmizləmə, 52 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 43 ədəd hidrotexniki qurğu, 14 ədəd   hidrotexniki  postlar təmir edilmiş, 22300 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır. Gəncə  çayında  14 min m3, Qabırrı  çayında 9 min  m3, Qoşqar çayında 9 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür. Allahdad, Dərin arx və Derenaj kanallarında təmir bərpa işləri həyata keçirilmişdir.
     Rayon  əhalisinin  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2016-cı ilin 9 ayında 42 ədəd  müxtəlif  güclü  transformator əsaslı, 64  ədədi  isə  cari  təmir  edilərək  istismara  verilmişdir. Qəsəbə və kəndlərdə 230 ədəd 0.4 kv-luq və 264 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir.
  Hesabat dövründə 1 ədəd 110 kV-luq və 1 ədəd 35 kV-lıq yarımstansaiyanın yenidən qurulmasına başlanmış, ilin sonuna kimi  istifadəyə veriləcəkdir. 22 ədəd yeni transformator məntəqəsi quraşdırılıb istifadəyə verilmiş, 20 ədəd yeni transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulmuşdur. 11 ədəd 35 kV-luq dayaq quraşdırılıb, 3,8 km 35 kV-luq xətt çəkilib,  393 ədəd 6-10 dayaq quraşdırılmış, 22,67 km  6-10 kV-luq xətt çəkilmiş, 90 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış 22,25 km 0,4 kV-luq xətt çəkilmişdir.
64,4 km magistral,  28,8 km abinent xətti olmaqla 93,2 km özü izolyasiya olunan xətt çəkilmiş, 1617 abonent dayağı , 1779 sayğac  quraşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 35 yaşayış məntəqəsindən 30-da  mavi  yanacaqdan  istifadə  olunur. Sentyabr ayında rayonun Qırmızı Samux qəsəbəsinə təbii qaz verilmişdir.
2016-cı ilin 9 ayı  ərzində 635 yeni əhali abonenti qeydiyyata alınmışdır. Rayonun Əhmədbəyli kəndində diametri 159 mm-lik 1200 p/m uzunluğunda daşıyıcı qaz xətti dayaqlarla bərkidilərək nizama salınmışdır. Ziyadlı kəndində 159 mm-lik 2906 metr uzunluğunda qaz xətti yenisi ilə əvəz edilmişdir. Ümumilikdə 2240 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur ki, bunlardan 740 ədədi itron tipli smart qaz sayğacları təşkil edir.
Əhalinin  içməli  suya  olan  tələbatının  ödənilməsi  üçün  2016-cı ilin 9 ayı ərzində əhaliyə xidmət edən 16 ədəd subartezian quyusundan 12 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır.   Samux şəhərində yerləşən 36 mənzilli  çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün  200 m3su anbarında nasoslar vasitəsilə mənzillərə 24 saat məişət suyu verilir.
Samux rayonunda 17 avtomat telefon stansiyası fəaliyyət göstərir ki, bu da rayonun bütün yaşayış məntəqələrində telekominikasiya xidmətlərinin göstərilməsinə imkan verir. Rayonun avtomat telefon stansiyalarının ümumi montaj tutumu 8320 nömrə təşkil edir. 2016-cı ilin 9 ayında  telefon aparatlarının sayı 8288 ədəd təşkil etmişdir. Bundan əhali sektoru üzrə telefon sayı 7858 ədəd, müəssisə sektoru üzrə isə 430 ədəd təşkil edir. Yüksəksürətli internet portalının tutumu 784 port artırılmış və Aztelekom.net internet portalının montaj tutumu 3592 porta çatdırılmışdır. Hazırda İnternet istifadəçilərinin sayı 3188 abunəçi təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 372 abunəçinin artmasını göstərir. Artıq ən ucqar kəndimz olan Burunqovaq kəndində də internet xidmətindən istifadə etmək mümkündür.
Samux rayonunda əhaliyə poçt rabitəsi xidməti “Azərpoçt”MMC-nin samux filialı tərəfindən həyata keçirilir. Hal-hazırda əhaliyə 75-dən çox poçt xidmətləri göstərilir.2016-cı ilin 9 ayında Alıuşağı, Sarıqamış poçt şöbələri kompüterlə təmin edilmişdir. Alabaşlı qəsəbə, Seyidlər və Füzuli kəndində yeni poçt binalarının tikintisi nəzərdə tutulur.
2016-cı  ilin 9 ay ərzində   Samux  rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 480 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur.  Müraciətlərdən 239-u yerli  sakinlərdən, 241-i isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı   tərəfidən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 34 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 106 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuºdur.  Müraciətlərin 72 (67,9 %)  icra  edilmiş, 34 (32,1%)  hazırda  icradadır.
2016-cı  ilin doqquz ayının yekunları göstərir ki, biz ilin əvvəlində  qarşıya qoyduğumuz  vəzifələrin öhdəsindən gələcəyik. Bununla bərabər Nazirlər  Kabinetinin  2016-cı  ilin doqquz ayının  sosial-iqtisadi  inkişafının  yekunlarına    həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu vəzifələrin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə nail olmaq üçün bütün imkanlarımız vardır. 
Qarşımızda duran ən vacib məsələlərdən biri, ölkə başçısının ölkəmizdə  kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya layiqincə cavab vermək,  bu imkandan maksimum yararlanaraq iqtsadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən rayonumuzda vaxtilə xarakterik olmuş pambıqçılığın, taxılçılığın, baramaçılığın  inkişaf etdirilməsinə nail olmaqdır. Hazırda bu istiqamətdə hazırlıq işlərinə başlanılmışdır. Əkin sahələri müəyyənləşdirilir.
Eyni zamanda Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun və Gəncə çayı üzərində körpünün tikintisinin müvəffəqiyyətlə başa çatdırılması əsas vəzifələrdəndir.
Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməsinə nail olmalıyıq.
Rayonun şəhər, qəsəbə və kəndlərində  yeni  uşaq bağçalarının yaradılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  fərdi evlərin tikilməsi,  səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı tərəfimizdən  işlər aparılır.
Eyni  zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və  əhalinin məşğulluğunun tam təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu istiqamətdə müvafiq işlər aparılır.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 mart 2016-cı il tarixli  Sərəncamından irəli gələn məsələlərin  icrası  ilə bağlı təkliflərin hazırlanmasını təmin etməliyik.
İlin sonuna kimi rayonda bir sıra  layihələrin həyata keçirilməsi gözlənilir.

Keçidlər