“18 oktyabr Müstqəqillik günü” münasibəti ilə Samux rayon Əhmədbəyli kəndində gənc şagirdlər və müəllimlərin iştirakı ilə dəyirmi masa təşkil etdi.
“18 oktyabr Müstqəqillik günü” münasibəti ilə Samux rayon Gənclər və İdman İdarəsi silsilə tədbirlər çərçivəsində Samux rayon İcra Hakimiyyətinin dəstəyi,SHXÇDX-nın Samux rayon bölməsinində iştirakı ilə 14 oktyabr 2016-cı il tarixdə Samux rayon Əhmədbəyli kəndində gənc şagirdlər və müəllimlərin iştirakı ilə dəyirmi masa təşkil etdi. Tədbiri açıq elan edən rəis müavini Eynur Fərmanlı çıxış edərək bu gün münasibətilə hər kəsi təbrik etdi, 18 oktyabr Dövlət Müstəqilliyi Günü haqqında geniş məlumat verərək qeyd etdiki: Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, dövlət atributları olan Bayraq, Himn və Dövlət Gerbini yenidən qəbul etməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Sonra Əhmədbəyli kənd tam orta məktəbin müəlliməsi Əliyeva Dürdanə Azərbaycanın dövlət müstəqilliyini qazandıqdan sonra keçdiyi uğurlu yoldan və Ümummilli lider , Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirdiyi islahatlardan danışdı . Gənclər və İdman İdarəsin aparıcı məsləhətçisi Qurban Həsənov çıxış edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin beynəlxalq arenada tanınmasından danışdı . Daha sonra tədbir diskussiya şəklində davam etdi. Sonda Gənclər və İdman İdarəsi nümayəndələri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.