Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Çobanabdallı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Nəbiyev Bəndər Məmməd oğlu gəmiricilərə qarşı mübarizə aparmaq üçün kömək olunmasını xahiş etdi.
2. Nəbiyev Biləndər Məmməd oğlu Çobanabdallı kənd istirahət parkının təmirə ehtiyac olduğunu bildirdi.
3. Abdullayeva Nərminə Səməd qızı isə subartezian nasosunun təmir olunmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.