Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 11 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 2 nəfəri əkin sahəsinin suvarılması üçün, 2 nəfəri işlə əıaqədar, 1 nəfər qeydiyyata alınmasıı üçün, 1 nəfər təqaüdünün verilməsi üçün, 2 nəfər kommunal xərclərinin ödənilməsi üçün, 1 nəfər qonşu münaqişəsi ilə, 2 nəfər isə torpaq ilə əlaqəli müraciət etmişdirlər.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.