Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Füzuli kənd ümumi orta məktəbində akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinin qeyd edilməsi.

23 aprel 2013 | 15:00

Samux rayon Füzuli kənd ümumi orta məktəbində 22.04.2013-cü il tarixində “Akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyi” ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və Samux rayon Təhsil şöbəsinin nümayəndələri iştirak etdi. Tədbirdə Akademik Zərifə xanımın həyat və yaradıcılığından söhbət edildi. Zərifə xanımın yubileyinə həsr edilmiş bir sıra silsilə tədbirlərin qalibləri mükafatlandırıldı.
Məktəbin VIII sinif şagirdi İsmayılova Aysel “Ana müqəddəslik zirvəsi” adlı inşa müsabiqəsinin qalibi kimi mükafatlandırıldı. Stol dama idman növünün qalibi Abbasov Həsən IX sinif şagirdi və Əliyev Şamxal IX sinif şagirdi, rəsm müsabiqəsinin qalibi Musayeva Nabat V sinif şagirdi müxtəlif hədiyyələrlə təltif edildi.
Tədbirin sonunda şagirdlər konsert proqramı ilə çıxış etdilər.

Keçidlər