Samux rayonunda Müəllimlərin Peşə günü münasibətilə tədbir keçirildi.
5 Oktyabr” 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.
Müəllimlərin peşə günü ənənəvi olaraq, hər il ökləmizdə qeyd olunur. Bu bayram günü həmçinin Samux şəhər 2 saylı tam orta məktəbdə “Şam kimi yanan ömür” adlı tədbir kimi qeyd olundu. Bədii gecədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev də iştirak edirdi. Tədbiri giriş sözü ilə cənab Alı Qocayev açaraq tədbirdə iştirak edən müəllim heyətini səmimi qəlbdən təbrik etdi və onalara işlərində uğurlar arzu etdi. Daha sonra təhsilin kefiyyətində əməyi olan bir qrup müəllimlərə “Fəxri Fərman”lar təqdim edildi. Həmçinin Samux rayon Təhsil şöbəsi tərəfindən də, fərqlənən qabaqcıl müəllim və direktorlar diplom və hədiyyə ilə mükafatlandırıldılar. Tədbir müəllimlərin çıxışları, şer və mahnılarla davam etdi.