Samuxlu gənclər ekoloji aksiya çərçivəsində veloyürüşə qatılıblar
28 sentyabr 2016 | 16:00
Samuxda veloyürüş keçirilib. Veloyürüş Aqroeko Konsaltinq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yaşıl xəzinəm: Samux rayonunda veloyürüş və digər ekoloji aksiyaların keçirilməsi” layihəsi çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, yeniyetmə və gənclərin qatıldığı veloyürüşdə 70-80 kilometr yol qət edilib.
Qeyd edək ki, layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında ekoloji maarifləndirmənin aparılmasından, sağlam həyat tərzini təbliğ etməkdən və idmana marağı artırmaqdan ibarətdir. Layihəyə könüllülər, gənclər, əsasən məktəblərin yuxarı sinif şagirdləri cəlb olunub.