Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Ziyadlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kəpəz Qəmbərov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Rabil Həbib oğlu yeni yaşayış massivinə elektrik transformatorun quraşdırılmasını xahiş etdi.
2. Hüseynov Novruz Teyyub oğlu avtobus marşrut xəttinin kəndin sonunadək artırılması təklifini irəli sürdü.
3. Abbasov Elşad Cəmil oğlu isə sahibkarlıqla məşğul olduğu istixanasına qaz xəttinin bərpasına köməklik olunmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.