Şriftin ölçüsü :

Saytın rəngi :

Qərb regionunda gənc pedaqoji kadrlar üçün “Mənim Təhsilim –Mənim Fəlsəfəm” adlı Layihəyə start verildi.

24 sentyabr 2016 | 16:00


Ümumimilli Liderimiz Heydər Əliyev "Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır!"demişdir.
Samux rayon Heydər Əliyev Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyi, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Startegiyasına dəstək olaraq Qərb regionunda "Mənim Təhsilim -Mənim Fəlsəfəm" adlı yeni layihəyə start verdi.
Məqsəd regionların sosial-iqtisadi inkişafı çərçivəsində müasir bilik və bacarıqlara yiyiələnmiş səriştəli gənc kadrlar üçün şəraitin yaradılması, innovativ təlim metodunun tətbiq edilməsi, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilin inkişafı istiqamətində təşəbbüslərin dəstəklənməsidir.
Layihə çərçivəsində ilk təlim Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux şəhərində təşkil olundu. Təlimdə Samux rayonun bütün kənd və qəsəbələrinin təhsil ocaqlarında çalışan 50 nəfər kadr iştirak edirdi.
Təlimi ideya müəllifi və təlimçisi Gəncə Dövlət Universiteti Pedaqogika və təhsilin əsasları kafedrasınin dosenti Ziyafet Bayramova apardı. “Təhsilin fəlsəfəsi elə bir elmi istiqamətdir ki, təhsilin məqsədi və dəyərlərini tədqiq edir, onun məzmununu formalaşdırır, sosial və tarixi kontekstə təhsildə gedən müasir proseslərin qanunauyğunluqlarını öyrənir.” Ziyafət Bayramova vurğuladı.
Layihənin Rəhbəri Samux rayon Heydər Əliyev Mərkəzinin Rəhbəri Aygün Həsənzadə “ Dəfələrlə ölkə başçımız vurğulamışdır ki, inkişafın təmin edilməsinin başlıca foktoru insan kapitalının ölkədə yaradılmasıdır. Məhz bu fikirlər i əsas tutaraq regionda müasir tələblərindən çıxış edərək nəticədə güclü müəllim ordusunun yaradılmasına dəstək olmaq istəyirik.”
Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin idarə heyətinin rəhbəri Aynurə Abdullayeva “ bizim layihə regionda ilk layihədir. Düşünürük ki , bu yeniliyimizlə cəmiyyətdə təhslillə bağlı müsbət fikirlər formalaşdıracayıq”

Keçidlər