Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda veloyürüş və ekoloji aksiyalar keçirilmişdir.

21 sentyabr 2016 | 16:00

Aqroeko Konsaltinq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yaşıl xəzinəm: Samux rayonunda veloyürüş və digər ekoloji aksiyaların keçirilməsi” layihəsini icra edir.Layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması məqsədi ilə veloyürüşün, ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Layihə çərçivəsində Samux Rayon Heydər Əliyev Mərkəzində ilk təlim keçirilib. Təlimdə Samux rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş şöbəsinin rəhbəri Rasim İmamquliyev, aqro-kimyaçı, ekspert Xumar Kazımova, təlimçi Samirə Ələkbərova və Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə iştirak ediblər. Təlimdə layihə və onun məqsədi, donoru haqqında, layihənin istiqaməti barədə geniş məlumatlar verilib. Samux rayonunda layihə haqqında verilən elanlardan yeniyetmələrdə layihədə iştirak etmək həvəsi yaranıb və onlar təlimə belə velosipedləri ilə gəliblər.

Keçidlər