Sabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Samux rayonunda icrasına dair müşavirə keçirildi.
20 sentyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 17 sentyabr 2016-ci il tarixdə Səbirabad rayonunda keçirilən “Respublikada Pambıqçılığın inkişafına dair” müşavirədə verilən tapşırıqların icras ilə əlaqədar Samux rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirildi.
Müşavirədə Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq qəbulu və emalı məntəqələrinin əməkdaşları, sahibkarlar və mülkiyyətçilər olmaqla 320 nəfər iştirak etdi.Müşavirədə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.Hazırda regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Samux rayonunda da öz bəhrəsini verməkdədir.
Pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Bunun nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox məhsuldarlıq gözlənilir.
Pambıqçılığın inkişafı rayonumuzun əhalisi üçün yeni iş yerləri deməkdir, təminatlı həyat deməkdir, sabaha inam deməkdir.Bütün bunları nəzərə alaraq rayonumuzda növbəti ildə 500 hektardan artıq sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışında bildirdi ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbul məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması təmin edilməli, tədarükçü şirkətlər fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar.
A.Qocayev gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd etdi, tapşırıq və göstərişlərini verdi.
Sonra rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və icra nümayəndələri çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.