Samux rayonunda Müqəddəs Qurban bayramı münasibəti ilə sovqatlar paylanıldı
13 sentyabr 2016 | 16:00
Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Samux rayon İcra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinə, şəhid ailələrinə və eləcə də rayonun aztəminatlı ailələrinə sovqatlar paylanıldı. Bayram payları əvvəlcədən tərtib olunmuş müvafiq siyahıya uyğun olaraq şəhər, qəsəbə və kəndlərdə bir başa ünvanlara çatdırıldı. Sovqatlar ümumilikdə 1500 ailəni əhatə etdi.
Bayram sovqatlarını qəbul edən rayon sakinləri bu cür əziz bayramlarda onlara göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.