Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 10 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 1 nəfəri social yardmla ilə əlaqədar,1 nəfər kommunal xidmətlə təmin olunması ilə,1 nəfər evinin tikintisinə maddi yardım olunması ilə əlaqəli, 1 nəfər evinin sənədləşməsi ilə, 3 nəfər su ilə əlaqədar, 3 nəfər isə torpaqla bağlı müraciət etmişdirlər.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.