Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Aşağı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Aşağı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Abdullayev Mirdamət kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Kərimov Asəf Kərəm oğlu 1 ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
2. Əhmədov Əli Nəbi oğlu məktəbə gedən yolun asfaltlaşdırılması təklifini irəli sürdü.
3. Maqsudov Əvəz Zöhrab oğlu isə kəndin küçələrinə bulaqların çəkilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.