Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Lüksemburq kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lüksemburq kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Lüksemburq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Abbasov Həmid Camal oğlu Qırmızı Samux qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyin ərazisində bankamatın quraşdırılmasını xahiş etdi.
2. Ibrahimov Telman Qurban oğlu Lüksemburq kəndinin kənarındakı şor kanalının təmizlənməsi təklifini irəli sürdü.
3. Zülfiqarov Azər Mirzə oğlu Evinə qaz sayğacınnı quraşdırılmasını xahiş etdi.
4. Musayev Sayad Cabbar oğlu Pay torpağının yenidən ölçülüb sərhəddinin təyin edilməsinı xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.