Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində sessiyalar keçirilmişdir.

12 avqust 2016 | 16:00

12 avqust 2016-cı il tarixində  Samux  şəhərində və rayonun Sərkar, Hacıalılı, Lək kəndlərində  “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai  Birliyinin Gəncə ofisi tərəfindən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində sesiyalar keçirilmişdir.  Sessiyalarda rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Əliyev, Şəffaflıq Azərbaycan təşkilatının Gəncə ofisinin rəhbəri Sevinc Süleymanlı, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, şəhər və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla, irimiqyaslı uğurlara imza atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının  yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir.  Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur.
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi 2012-ci ilin sonunda başlayıb və layihənin məqsədləri: Korrupsiyaya qarşı mübarizə istiqamətində irəliləyişə nail olmaq üçün əsas maraqlı tərəflərə yardım göstərməkdən, vətəndaşların korrupsiyaya qarşı mübarizə istiqamətində maarifləndirməsi işini həyata keçirməkdən, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin instutsionallaşdırmasına yardım göstərməkdən və eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə islahatlara nail olmaqdan ibarətdir.
Tədbirlərdə əhalini maraqlandıran suallara geniş izahat verilmişdir.

Keçidlər