Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda günəbaxan bitkisi üçün ayrılan torpaq sahələrinin hektarı çoxaldılıb

11 avqust 2016 | 16:00

Samuxda günəbaxan bitkisi üçün ayrılan torpaq sahələrinin hektarı çoxaldılıb. Əkilən torpaq sahələrinin 1675 hektara qaldırılıb. Mütəxəssislər orta məhsuldarlığın əkilən sahələrə göstərilən qulluqdan asılı olaraq 15-30 sentner arası olacağını proqnozlaşdırırlar. Günəbaxanın qiymətinə gəldikdə isə ötən il fermerlər bu məhsulun bir kiloqramını 35-40 qəpikdən təklif ediblər. Bu il isə məbləğin nisbətən yuxarı, 60-70 qəpik olacağı deyilir. Qeyd edək ki, bir hektar sahədə günəbaxan bitkiisi yetişdirmək üçün fermer orta hesabla 700 manat vəsait xərcləyir.

Keçidlər