Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı tədbirlər davam edir.

19 aprel 2013 | 15:00

Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi Samux rayonunda da geniş qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, müsabiqələr və sərgilər təşkil olunur.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir,18 aprel 2013-cü il tarixində Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əminə Cəfərova açaraq, Azərbaycanın görkəmli alimi və təbibi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O bildirdi ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ, həmçinin dünya miqyası məkanında böyük şöhrət qazanmışdır. Onun elmi – pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ömür gün yoldaşı Zərifə xanım həmdə fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.

Tədbirdə Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunan fotosərgi nümayiş edilmiş, “Ana – Müqəddəslik zirvəsi” mövzusunda inşa yazı müsabiqəsinin yekunları elan olunmuşdur.
Tədbirdə “Gənc Heydərçilər” və digər məktəblilər tərəfindən Zərifə xanım Əliyevaya həsr olunmuş şer və mahnılar, bədii kompozisiyalar təqdim olunmuşdur.

 


.

Keçidlər