Samuxda 1106 yeni iş yeri yaradılıb
02 avqust 2016 | 16:00
Rayonda ötən 6 ay ərzində 15 sahibkara 145 min manat güzəştli kredit verilib. 567-si daimi olmaqla 1106 yeni iş yeri yaradılıb. Kənd təsərrüfatı sahəsində inkişaf qeydə alınıb. Cari ildə 300 hektar sahədə pambıq əkilib. Sarıqamış kəndində yeni heyvandarlıq kompleksi yaradılıb ki, burada da 3 min başdan çox iribuynuzlu mal-qara bəslənilir. Taxıl biçini üzrə göstəricilər də qənaətbəxşdir. Məhsuldarlıq əvvəlki illərdən yüksəkdir.